Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Rumıniyada səsvermədə aktivlik müşahidə olunur

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Rumıniyada səsvermədə aktivlik müşahidə olunur

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Rumıniyada səsvermədə aktivlik müşahidə olunur.

Azərbaycanın Rumıniyadakı səfirliyindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, qeydiyyatda olan seçicilərin 45%-i artıq səs verib.

"Rumıniyada 66 nəfər seçici qeydiyyatdan keçib. Saat 12:00-dək 23 nəfər səs vermişdir. Hal-hazırda 30 nəfər səs verib, bu da ümumi seçicilərin 45%-ni təşkil edir"., - səfirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.