Tələbə-gənclər prezident seçkilərini müşahidə edirlər

Tələbə-gənclər prezident seçkilərini müşahidə edirlər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalları davam edən növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak edirlər.
“Report” xəbər verir ki, Azərbaycanın bütün şəhər və rayonlarında vətəndaşlarımızın böyük coşqu ilə səs verməyə getdikləri builki seçkiləri tarixə ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunmuş ilk seçkilər kimi düşəcək. Bu mühüm hadisədə ATGTİ də seçki qanunvericiliyindən irəli gələn hüquqları çərçivəsində fəal iştirak edir. Ölkənin demək olar ki, bütün seçki dairələrində çoxlu sayda seçki məntəqələrində tələbə-gənclər seçkiləri müşahidə edirlər.

Seçicilərin iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətmədən səsvermə prosesini müşahidə edən tələbə gənclər, həmçinin seçki şəffaflığına da nəzarət edirlər. Qeyd edək ki, tələbə gənclər yalnız paytaxtımızda və ətraf bölgələrdə deyil, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də aparılan seçki prosesini müşahidə edirlər.