Oğuzda 102 yaşlı seçici səs verib

Oğuzda 102 yaşlı seçici səs verib

Oğuzda 102 yaşlı seçici Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

Bu barədə "Report"un Şimal-Qərb bürosuna 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsinin sədri Rəsul Cəfərov məlumat verib.

Onun sözlərinə görə, Oğuzun Bayan kəndində yaşayan 1922-ci il təvəllüdlü Gülnaz İsmayılovanın evinə daşınan seçki qutusu aparılıb və yaşlı seçici səs verib.

Dairə sədri bildirib ki, ümumi olaraq dairə üzrə 54 513 nəfər seçici siyahısında qeydiyyata alınıb və onlar 63 məntəqədə səs verəcəklər: "Ümumilikdə 3 903 nəfər ilk dəfə səsvermədə iştirak edir. 8 məntəqədə veb-kamera, 4 məntəqədə isə panduslar quraşdırılıb. Dairə üzrə seçkini 774 müşahidəçi izləyir".