Dinara Əliyeva: “Əminəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz namizədinə səs verəcək”

Dinara Əliyeva: “Əminəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz namizədinə səs verəcək”

Azərbaycanda keçirilən prezident seçkilərində hər kəs düzgün seçim edəcək ki, bu da ölkənin gələcək rifahını müəyyən edəcək.

Bunu "Birxeber.Az"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın xalq artisti, Rusiyanın Böyük Teatrının solisti Dinara Əliyeva deyib.

“Bu gün əlamətdar gündür və mən çox şadam ki, bir Azərbaycan vətəndaşı kimi Moskvada olarkən öz səsimi verə bildim. Əminəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz namizədinə səs verəcək. Vətənim Azərbaycana rifah arzu edirəm və hər kəsin düzgün seçim edəcəyinə ümid edirəm”, - o qeyd edib.