Sədr: "9 saylı seçki məntəqəsində indiyədək hansısa problem qeydə alınmayıb"

Sədr: "9 saylı seçki məntəqəsində indiyədək hansısa problem qeydə alınmayıb"

11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 9 saylı seçki məntəqəsində indiyədək hansısa problem qeydə alınmayıb.

"Birxeber.Az" xəbr verir ki, bu barədə məntəqə seçki komissiyasının sədri Salman Umudov məlumat verib.

Onun sözlərinə görə, səsvermə başlayandan seçici fəallığı müşahidə edilir: "Məntəqənin dislokasiyasında 1240 seçici qeydiyyatdadır. Bu dəqiqəyə olan məlumata görə, 900-dən çox seçici artıq səs verib".