Ukrayna Ali Radasının deputatı: Seçkilər demokratik şəraitdə keçirilir

Ukrayna Ali Radasının deputatı: Seçkilər demokratik şəraitdə keçirilir

“Seçkilər kifayət qədər yüksək təşkilati səviyyədə keçirilir. Biz bütün seçki məntəqələrində növbələri müşahidə edirik və görürük ki, Azərbaycanın sakinləri vicdanla, şüurlu şəkildə seçkilərdə iştirak edirlər”.

Bunu APA-ya açıqlamasında Ukrayna Ali Radasının deputatı Valeri Kolyux deyib.

“Biz başa düşürük ki, bu, Azərbaycan xalqı üçün tarixi gündür, çünki siz dövlət başçısı seçirsiniz və bu gün təkcə Azərbaycanın Qarabağ müharibəsindən əvvəl mövcud olan hissəsinin sakinlərinin deyil, bütün sakinlərin səs vermək imkanı var. Hətta Qarabağda yaşayanlar da səs verir. Ona görə də bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və biz belə bir tarixi hadisəni qaçıra bilməzdik, ona görə də biz burada beynəlxalq müşahidəçi kimi iştirak edir, seçkilərin gedişatını müşahidə edirik. Qeyd etmək istəyirik ki, seçkilər demokratik şəraitdə keçirilir. İnsanlar kifayət qədər fəal iştirak edir, gənclər seçkilərdə iştirak edirlər. Ümid edirik ki, sabaha qədər seçkilərin nəticələri hesablanacaq”, - deputat bildirib.

Aygün Carçıyeva