“Equinor” şirkətinin aktivlərinin SOCAR-a satışı üzrə əqdlər gələn il başa çatdırılacaq

“Equinor” şirkətinin aktivlərinin SOCAR-a satışı üzrə əqdlər gələn il başa çatdırılacaq

Norveçin “Equinor” şirkətinin Azərbaycanda aktivlərinin SOCAR-a satışı üzrə əqdlərin 2024-cü ildə başa çatdırılacağı gözlənilir.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə “Equinor”un 2023-cü ilin IV-cü rübünün nəticələrinə dair hesabatda bildirilib.

“Dördüncü rübdə “Equinor” 328 mln. ABŞ dolları dəyərində xalis dəyərsizləşməni tanıyıb. Bu, əsasən aktivlərin elan edilmiş satışı və Azərbaycandan çıxışı ilə bağlıdır”, - şirkətin hesabatında bildirilir.

Xatırladaq ki, ötən ilin dekabrinda SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.

Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.