GUAM-dan olan müşahidəçi: “Azərbaycanda seçki prosesi ən yüksək səviyyədə təşkil olunub”

GUAM-dan olan müşahidəçi: “Azərbaycanda seçki prosesi ən yüksək səviyyədə təşkil olunub”

Azərbaycanda növbədənkənar prezident seçkiləri ən yüksək səviyyədə təşkil olunub.

Bunu “Report”a açıqlamasında GUAM-ın müşahidə missiyasının nümayəndəsi, Gürcüstan parlamentinin üzvü David Matikaşvili deyib.

“Biz artıq bir neçə seçki məntəqəsində olmuşuq, seçkilər sakit keçir. Vətəndaşlar fəallıq göstərirlər”, - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Seçki Komissiyası ədalətli seçkilərin keçirilməsi üçün hər şey edib.