17 saylı cəzaçəkmə müəssisəsində səsvermə keçirilir

17 saylı cəzaçəkmə müəssisəsində səsvermə keçirilir

Növbədənkənar prezident seçkiləri ilə bağlı Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində səsvermə keçirilir.

APA xəbər verir ki, səsvermə müəssisənin yerləşdiyi Xəzər rayonu 13 saylı II seçki dairəsinin 39 və 41 saylı məntəqələri üzrə təşkil olunub.

Məhkumlara sərbəst şəkildə səs vermək üçün şərait yaradılıb.

39 saylı seçki məntəqəsində səs verən məhkum Abbas Hacıyev səsvermə hüququndan istifadə etməsinə şərait yaradıldğı üçün minnətdarlıq edib. O, səsvermənin Azərbaycanın bütün ərazilərində keçirilməsinin qürurverici olduğunu deyib: “Bu, qürurverici və sevindirici haldır”.

Digər məhkum Emin Tağıyev də səsvermə hüququndan istifadə etdiyini, Azərbaycanın gələcəyinə səs verdiyini deyib.

Fidan İlqar