Mixail Qusman: Azərbaycan vətəndaşlarının çox yüksək fəallığını görürəm

Mixail Qusman: Azərbaycan vətəndaşlarının çox yüksək fəallığını görürəm

Azərbaycanda indiki seçkilər ona görə xüsusidir ki, ölkə müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, Azərbaycanın bütün ərazisində keçirilir.

APA xəbər verir ki, bunu MDB müşahidə missiyasının müşahidəçisi, TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman deyib.

“Mən vətəndaşların çox yüksək fəallığını görürəm, bu, Azərbaycanda müşahidə olunan ümumi mənəvi yüksəlişlə bağlıdır. Mən bir çox seçicilərlə onlar səs verəndən sonra söhbət etdim və apardığım fərdi sosioloji sorğu göstərir ki, hazıki Azərbaycan Prezidenti İlham Əliyevin böyük üstünlüyü var, hiss olunur ki, xalq ona inanır. Dəqiq nəticələri seçkilər bitəndən sonra biləcəyik. Qeyd edim ki, seçkilərdə müşahidə etdiyimiz seçici fəallığı ölkə üçün çox önəmlidir”, - o qeyd edib.