Zəngilan-Qubadlı seçki dairəsi üzrə seçicilər səsvermə hüquqlarından aktiv şəkildə istifadə edirlər

Zəngilan-Qubadlı seçki dairəsi üzrə seçicilər səsvermə hüquqlarından aktiv şəkildə istifadə edirlər

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi nəzdində 4 səsvermə məntəqəsi yaradılıb. Məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində fəaliyyət göstərir.

"Report"un Qarabağ bürosunun Zəngilan rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, Ağalı kəndində yaradılan 33 saylı məntəqə üzrə 971 nəfər, Zəngilan rayonu Alıbəyli kəndində “DOST” Aqroparkın binasında yaradılan 61 saylı məntəqə üzrə 615 nəfər, Zəngilan rayonu Ağbənd qəsəbəsində yaradılan 62 saylı məntəqə üzrə 561 nəfər, Qubadlı rayonu Xanlıq kəndində yaradılan 63 saylı məntəqə üzrə isə 1387 nəfər səsvermə siyahısınıda qeydiyyatdan keçib.

Məntəqələrin hər birində seçicilər aktiv şəkildə səsvermə hüquqlarından istifadə edilər.

Seçki məntəqələri bütün lazmi ləvazimatlarla təchiz edilib. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.