Gürcüstandakı səfirimiz: "Seçicilər arasında aktivlik müşahidə edilir"

Gürcüstandakı səfirimiz: "Seçicilər arasında aktivlik müşahidə edilir"

Saat 12:00-a olan məlumata görə, seçicilərimizin iştirak faizi 30-dan artıqdır.

Bu sözləri "Birxeber.Az"un yerli bürosuna açıqlamasında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev deyib.

"Seçicilərimiz arasında aktivlik müşahidə edilir. 66 vətəndaşımız ilk dəfədir səs verir və onlardan 6 nəfəri 18 yaşına çatmış Azərbaycan vətəndaşlarıdır. Ən yaşlı seçicimiz isə 1939-cu il təvəllüdlüdür", - səfir bildirib.