Rusiya Kiyevə raket zərbələri endirib, ölən və yaralananlar var - YENİLƏNİB

Rusiya Kiyevə raket zərbələri endirib, ölən və yaralananlar var - YENİLƏNİB

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirməsi nəticəsində 2 mülki şəxs ölüb, 10-dan çoxu yaralanıb.

“Birxeber.Az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, fevralın 7-də Ukraynanın 6 bölgəsi Rusiyanın atəşinə məruz qalıb.

Dövlət başçısının sözlərinə görə, raket zərbələri nəticəsində yaşayış binaları dağılıb. Sakinlər dağıntılar altında qalıb.

10:08

Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə səhər saatlarında raketlərlə hücumu nəticəsində partlayış olub, itki və dağıntı barədə məlumat verilməyib.

“Birxeber.Az” xəbər verir ki, məlumatı Kiyevin meri Vitali Kliçko və Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı yayıb.

Məlumata görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri raketlərin zərərsizləşdirilməsi istiqamətində fəaliyyət göstərib.

Bildirilib ki, Rusiyanın “Tu-95” qırıcıları ölkənin Murmansk vilayətindəki Olenya aerodromundan uçuş edib.

Məlumata görə, Ukraynanın Çerkassk, Xarkov, Nikolayevsk vilayətlərinə də hücum olub. Nikolayevskdə 1 nəfər ölüb, yaralananlar və dağıntılar var.

Hücumda İran istehsalı olan “Shahed” PUA-larından da istifadə olunduğu bildirilib.