İki seçki məntəqəsi üzrə daha 1700-ə yaxın məhkum səs verib

İki seçki məntəqəsi üzrə daha 1700-ə yaxın məhkum səs verib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində səsvermə prosesi davam edir.

"Birxeber.Az"un məlumatına görə, 17 saylı cəzaçəkmə müəssisəsində 13 saylı Xəzər 2-ci seçki dairəsinin 41 saylı seçki məntəqəsinin sədri Elşad Kazımov bildirib ki, indiyədək 700-ə yaxın məhkum səs verib.

2 saylı cəzaçəkmə müəssisəsində 13 saylı Xəzər 2-ci seçki dairəsinin 39 saylı seçki məntəqəsinin sədri Ağaxan Qasımov isə qeyd edib ki, məntəqə üzrə 1487 nəfər seçici qeydiyyatdadır və indiyədək 1000-ə yaxın məhkum səs verib.

Qeyd edək ki, bu gün keçirilən prezident seçkilərində Penitensiar Xidmət üzrə 13 seçki dairəsini əhatə edən 27 seçki məntəqəsi təşkil olunub.