“HaberGlobal” İstanbulda Azərbaycan vətəndaşlarının səsvermə prosesi ilə bağlı reportaj hazırlayıb

“HaberGlobal” İstanbulda Azərbaycan vətəndaşlarının səsvermə prosesi ilə bağlı reportaj hazırlayıb

Türkiyənin “HaberGlobal” telekanalı Azərbaycan Prezident seçkiləri üzrə İstanbul şəhərində baş tutan səsvermə prosesi ilə bağlı reportaj hazırlayıb.

"Birxeber.Az"un məlumatına görə, süjetdə qeyd olunub ki, vətəndaşlar konsulluqlara, səfirliklərə gedərək səsvermədə iştirak edirlər.

Səsvermə Azərbaycanda olduğu kimi saat 19:00-a qədər davam edəcək. Bundan sonra səslər Türkiyədə sayılacaq və Azərbaycana təqdim ediləcək.

Qeyd edək ki, xarici ölkələrdən prezident seçkiləri üzrə ən çox seçki məntəqəsi qurulan ölkələrdən biri Türkiyədir. Azərbaycanın Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən seçki prosesinə saat 09:00-dan (Bakı vaxtı ilə) start verilib.