Naxçıvanda görmə qüsuru olan seçicilərə səsvermə imkanı yaradılıb

Naxçıvanda görmə qüsuru olan seçicilərə səsvermə imkanı yaradılıb

Naxçıvan Muxtar Respublikasında brayl əlifbası ilə səsvermə imkanı yaradılıb.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslərin seçkilərdə rahat iştirakını təmin etmək məqsədilə brayl əlifbası ilə trafaretlər çap olunub bütün seçki məntəqələrinə təqdim edilib.

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində qeydiyyatda olan Elməddin Kərimov da bu şəraitdən istifadə edərək səs verib.