Azərbaycanda prezident seçkilərində 30 ildən sonra Şuşada səsvermə təşkil olunub, "exit-poll" keçirilir - FOTO - VİDEO

Azərbaycanda prezident seçkilərində 30 ildən sonra Şuşada səsvermə təşkil olunub, "exit-poll" keçirilir - FOTO - VİDEO

Azərbaycan keçirilən növbədənkənar prezident seçkilərində Şuşada da 30 ildən sonra seçki məntəqələri yaradılıb.

APA-nın yerli bürosu xəbər verir ki, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşada yaradılmış 105 saylı seçki məntəqəsində seçicilər iradələrini sərbəst ifadə edirlər.

Məntəqə üzrə ümumilikdə 1222 seçici qeydiyyata alınıb. Məntəqədə seçici fəallığı müşahidə olunur. Burada, əsasən, Şuşa şəhərində tikinti-quruculuq işlərində çalışan vətəndaşlar iştirak edir.

ABŞ-ın “Oracle Advisory Group” təşkilatı seçki məntəqəsinin çıxışında "exit-poll" keçirir.