Kürdəmirdə Vətən müharibəsi qazisi səsvermədə iştirak edib - FOTO

Kürdəmirdə Vətən müharibəsi qazisi səsvermədə iştirak edib - FOTO

Kürdəmirdə məntəqəyə gəlmək imkanı olmayan Vətən müharibəsi qazisinin yaşadığı ünvana daşınan seçki qutusu aparılıb.

Birxeber.Az-nın yerli bürosunun xəbərinə görə, Vətən müharibəsi qazisi, 1-ci qrup əlil olan Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Rəhman Təvəkkül oğlu Nuriyev səhhəti ilə əlaqədar olaraq məntəqəyə gedə bilmədiyi üçün yaşayış yerinə daşınan qutunun gətirilməsi barədə müraciət edib. Hər iki gözündən əlil olan qazinin müraciəti əsasında 62 saylı Kürdəmir seçki dairəsinin 41 saylı məntəqəsinin üzvləri onun evinə daşınan seçki qutusu aparıblar.

Rəhman Nuriyev səsvermədə iştirak edib, yaradılan şəraitə görə minnətdarlığını bildirib.