Petar Kanev: Seçki prosesi ilə bağlı təəssüratlarım yüksəkdir - FOTO

Petar Kanev: Seçki prosesi ilə bağlı təəssüratlarım yüksəkdir - FOTO

Seçki prosesi ilə bağlı təəssüratlarım yüksəkdir.

Bunu APA-ya açıqlamasında 7 saylı Səbail seçki dairəsinin 9 saylı seçki məntəqəsində müşahidə aparan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının vitse prezidenti Petar Kanev deyib.

O bildirib ki, müşahidələri ilə bağlı iki əsas xoş təəssüratı var. Birincisi, günün səhər saatları olmasına baxmayaraq, artıq məntəqə üzrə seçicilərin 40%-i səs verib. Digəri isə ondan ibarətdir ki, səsvermə üçün növbədə dayanan vətəndaşların böyük hissəsi gənclərdir.

"Düşünürəm ki, seçki prosesi ümumilikdə sakit formada davam edəcək" - Petar Kanev əlavə edib.