ANAMA 1991-ci ildən indiyə kimi 3423 mina qurbanı qeydiyyata alıb

ANAMA 1991-ci ildən indiyə kimi 3423 mina qurbanı qeydiyyata alıb

“Azərbaycanın mina qurbanları artmaqda davam edir. Ermənistanın 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarını milyonlarla mina ilə zəbt edib”.

Birxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevın paylaşımında deyilir.

“Mina hadisələri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş təmas xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. Bu, dinc əhalini terror etmək, öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün “kütləvi qırğın silahı” məntiqi ilə minalardan qəsdən və fərq qoymadan istifadə edilməsi faktının sübutudur”, - Prezidentin köməkçisi qeyd edib.

Hikmət Hacıyev vurğulayıb ki, 10 noyabr 2020-ci ildən 5 fevral 2024-cü ilə qədər 344 nəfər mina partlayışlarının qurbanı olub, onlardan 65 nəfər həlak olub, 279 nəfər xəsarət alıb. Mina qurbanları içində 65 nəfər mülki əhali ölüb, 115 nəfəri isə yaralanıb: “ANAMA 1991-ci ildən indiyə kimi 3423 mina qurbanı qeydiyyata alıb. Onlardan 357 nəfəri cavan və uşaq, 38 nəfəri isə qadındır”.