Baş konsul: İstanbulda seçici aktivliyi müşahidə olunur

Baş konsul: İstanbulda seçici aktivliyi müşahidə olunur

Bu gün keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri çərçivəsində İstanbulda seçici aktivliyi müşahidə olunur.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva bildirib.

O, bu seçkilərin ötən illərdəki seçkilərdən fərqli olduğunu da qeyd edib:

“Tarixi seçkilərdir. Ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bu dəfə səsvermə prosesi Azərbaycanın bütün ərazilərində keçirilib. Vətənlərindən didərgin düşmüş Xankəndi, Şuşa, Füzuli və digər işğaldan azad olunmuş torpaqlara qayıdaraq orada açılmış məntəqələrdə səs verirlər. Bu günümüz xeyirli olsun. İnanırıq ki, seçkilər həm burada, həm ölkəmizdə yüksək aktivlik ilə başa çatacaq və bu seçkilərdən sonra Azərbaycanın ulduzu regionda daha da parlaq yanacaq”.