Razi Nurullayev: Azərbaycan xalqının bu seçkilərdən gözləntisi böyükdür

Razi Nurullayev: Azərbaycan xalqının bu seçkilərdən gözləntisi böyükdür

Bu gün Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə olaraq prezident seçkiləri keçirilir. Bu münasibətlə xalqımızı təbrik edirəm.

APA xəbər verir ki, bu fikirləri növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edən Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, seçilən prezident Azərbaycan xalqının gözləntisini doğruldacaq:

"Ümid edirəm və inanıram ki, Azərbaycan daha da güclənəcək. Azərbaycan bütün mövcud problemlərini də arxada qoyacaq. Azərbaycan xalqı da gözəl yaşayışı öz həyatlarında birmənalı olaraq hiss edəcək. Bu seçkilərin önəmi ondan ibarətdir ki, bütün Azərbaycan xalqı öz torpaqlarını azad görərək, ölkəsini suveren bilərək səs verdi. Mən bu ana qədər olan məlumatlardan onu bilirəm ki, seçkidə yüksək fəallıq müşahidə edilir və bu məni sevindirir. Demək ki, Azərbaycan xalqının da bu seçkilərdən gözləntisi böyükdür. Bu 7 namizəddən hansı seçilərsə, Azərbaycan xalqının da gözləntisini doğruldacaq".