UEFA Avropa Liqasının pley-off mərhələsi: “Braqa” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının pley-off mərhələsi: “Braqa” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya təmsilçisi “Braqa” ilə Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək ilk oyunun biletləri bu gün satışa çıxarılıb.

"Report" xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 3,5-40 avro aralığında dəyişir.

Qeyd edək ki, "Braqa" - "Qarabağ" matçı fevralın 15-də "Braga Municipial" stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü isə fevralın 22-də Bakıda baş tutacaq.