Zelenski Almaniyaya gedəcək

Zelenski Almaniyaya gedəcək

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftənin sonunda Almaniyaya səfər edəcək.

“Birxeber.Az” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu, Rusiyanın hərbi müdaxiləsindən sonra onun Almaniyaya ikinci səfəri olacaq.

Məlumata görə, Volodimir Zelenski ziyarətini Münhen Təhlükəsizlik Konfransı ilə eyni vaxta planlaşdırır. Bildirilib ki, konfrans fevralın 16-19-da keçiriləcək.

Münhen Təhlükəsizlik Konfransının təhlükəsizlik üzrə təşkilatçısı Kristof Xoysqen məsələni şərh etməkdən imtina edib. Bununla belə, o, Ukrayna Prezidentinə dəvətnamə göndərildiyini bildirib.