Rusiya MSK-nın katibi: "Səsvermə prosesi ilə bağlı müşahidə və təəssüratlarımız müsbətdir"

Rusiya MSK-nın katibi: "Səsvermə prosesi ilə bağlı müşahidə və təəssüratlarımız müsbətdir"

Rusiyada da Azərbaycandakı kimi prezident seçkilərinin yüksək səviyyədə keçiriləcəyini düşünürəm.

“Report” xəbər verir ki, bu barədə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində olan beynəlxalq müşahidəçilər Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin bildiriblər.

"Bildiyiniz kimi, martın 15-18-də Rusiyada da prezident seçkiləri baş tutacaq. Rusiyada da Azərbaycandakı kimi yüksək səviyyədə keçiriləcəyini düşünürəm. Biz burada olan seçkilərə xüsusi önəm veririk. Seçki prosesi qanunvericiliyə uyğun şəkildə keçirilir və iştirak edənlərin sayında aktivlik var. Səsvermə prosesinin çox yaxşı təşkil edildiyini görürük. Müşahidə və təəssüratlarımız müsbətdir", - müşahidəçilər bildiriblər.