Binəqədi-Qaradağ seçki dairəsində məntəqə sədri: "Belə fəallıq nadir hallarda müşahidə edilir"

Binəqədi-Qaradağ seçki dairəsində məntəqə sədri: "Belə fəallıq nadir hallarda müşahidə edilir"

11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 10 saylı məntəqəsində 1474 nəfər səs verə bilər.

Bu barədə “Birxeber.Az”a məntəqə seçki komissiyasının sədri Zakir Bayramov məlumat verib.

O bildirib ki, 460 nəfər artıq səs verib: “Səsvermə prosesi çox yaxşı gedir və seçici aktivliyi müşahidə olunur. İnsanlar bura ruh yüksəkliyi ilə gəlirlər. Belə fəallıq nadir hallarda müşahidə edilir".

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.