MDB Baş katibi: “Beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərə böyük maraq göstərirlər”

MDB Baş katibi: “Beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərə böyük maraq göstərirlər”

Beynəlxalq təşkilatlar Azərbaycanda prezident seçkilərinin monitorinqinə böyük maraq göstərirlər.

“Report” xəbər verir ki, bunu jurnalistlərə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsində müşahidə aparan MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib.

“Azərbaycana ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı da daxil olmaqla çoxlu sayda beynəlxalq müşahidəçilər gəlib. Bu, onu göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin monitorinqinə böyük maraq göstərirlər”, - o bildirib.

S.Lebedev Azərbaycanda təşkil olunan seçkilərə təkcə MDB missiyasının deyil, digər beynəlxalq müşahidəçilərin də obyektiv qiymət verəcəyinə ümid etdiyini bildirib.