Elşad Musayev: “Dövlətimiz üçün çox əhəmiyyətli bir gündür”

Elşad Musayev: “Dövlətimiz üçün çox əhəmiyyətli bir gündür”

Bu gün millətimiz və dövlətimiz üçün çox əhəmiyyətli bir gündür.

“Report”un məlumatına görə bunu jurnalistlərə açıqlamasında prezidentliyə namizəd Elşad Musayev deyib.

O qeyd edib ki, Qarabağın azad edilməsi çox əhəmiyyətli bir hadisə oldu.

“Millətimiz öz nüfuzunu və qürurunu bərpa etdi. Dövlətimiz öz gücünü dünyaya nümayiş etdirdi. Biz suverenliyimizi tam şəkildə bərpa etdik. Təbii ki, yeni şərait yaranmışdı və yeni şəraitdə seçki keçirilməli idi. Hesab edirəm ki, seçkilər çox uğurlu şəraitdə davam edir. İmza toplama kampaniyasında da, təbliğat-təşviqat dönəmində də hamı üçün bərabər şərait yarandı. Hamı öz mövqeyini izah etdi. Biz də öz mövqeyimizi izah edib, çıxışlar etdik. İndiki dövrdə Azərbaycan xalqı böyük əzmkarlıqla, həvəslə seçkilərə qatılıb. Hesab edirəm ki, ölkədə bütün hakimiyyət dəyişikliyi seçkilər yolu ilə olmalıdır. Seçkilərimiz azad, ədalətli şəkildə keçirilməlidir. Bundan sonra keçiriləcək bələdiyyə, parlament seçkiləri də yenə seçici fəallığı şəraitində keçiriləcək. İndiki halda ölkəmizin prezidentini seçirik, millətimiz və dövlətimiz üçün xeyirli-uğurlu olsun”, - Elşad Musayev deyib.