Türkiyədə seçici fəallığı müşahidə olunur

Türkiyədə seçici fəallığı müşahidə olunur

Bu gün Azərbaycanın prezident seçkiləri üzrə Türkiyədə yaradılan seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunur.

"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, qardaş ölkədə Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkili ilə qurulan seçki məntəqələrinə gələnlərin sayı artmaqdadır.

Türkiyənin Azərbaycandakı Səfirliyindən, İstanbul və Qars Baş Konsulluqlarından "Report"a bildirilib ki, seçici fəallığının olmasına baxmayaraq, aktivliyin günün ikinci yarısında daha çox artacağı gözlənilir.

Qeyd edək ki, prezident seçkiləri üzrə xarici ölkələrdən ən çox seçki məntəqəsi qurulan ölkələrdən biri Türkiyədir.