Naxçıvanda saat 12:00-dək seçici fəallığı 37.80 faiz olub

Naxçıvanda saat 12:00-dək seçici fəallığı 37.80 faiz olub

Naxçıvan Muxtar Respublikası üzrə saat 12:00-a olan məlumata görə, seçici fəallığı 37.80 faiz olub.

"Birxeber.Az"un yerli bürosu Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 12:00 - a olan seçici fəallığı barədə məlumatı təqdim edir:

"1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 18838 nəfər, 39.4%
2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə: 17793 nəfər, 37.05%
3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə: 18864 nəfər, 39.62%
4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə: 18218 nəfər, 38.53%
5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə: 18021 nəfər, 37.51%
6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə: 16217 nəfər, 37.80%".

Qeyd edək ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə saat 12:00-a olan məlumata görə seçici fəallığı 37.80 faizdir. Ümumillikdə 107951 nəfər səs verib.