Lənkəranda şəhid anası səsvermədə iştirak edib - FOTO

Lənkəranda şəhid anası səsvermədə iştirak edib - FOTO

Lənkəranda şəhid Ehtiram Hüseynovun anası seçkilərdə iştirak edib.

Birxeber.Az-nın cənub bürosu xəbər verir ki, seçki qutusu şəhid anası Ümbulbani Hüseynovanın evinə aparılıb.

O, 77 saylı Lənkəran seçki dairəsinin 10 saylı məntəqəsi üzrə səs verib.

Ümbulbani Hüseynova səhhətində olan problemə görə məntəqəyə gedə bilmədiyini, seçkidə iştirak üçün müraciət etdiyini deyib: "Müraciətimi qəbul etdiyinizə görə təşəkkür edirəm, seçkilərdə iştirak etmək arzum idi. Azərbaycanın gələcəyinə, xoşbəxtliyinə səs verdim. Bir oğul itirdim, min oğul qazandım".

Qeyd edək ki, Ehtiram Hüseynov Vətən müharibəsində şəhid olub.