Gürcü vitse-spiker: Seçki prosesi stabil və sakit şəraitdə keçir

Gürcü vitse-spiker: Seçki prosesi stabil və sakit şəraitdə keçir

“Səhər saatları olmasına baxmayaraq, məntəqələrdə seçici aktivliyi müşahidə olunur”.

APA xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə gələn Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze deyib.

“Nümayəndə heyəti artıq bir neçə seçki məntəqəsində olub və müşahidələr onu deməyə əsas verir ki, seçki prosesi stabil və sakit şəraitdə keçir”.

Arçil Talakvadze Azərbaycan xalqına prezident seçimində uğurlar arzu edib və vurğulayıb ki, bu gün Azərbaycanda seçkilərin keçirilməsi tarixi hadisədir, çünki ölkə suverenliyini bərpa etdikdən sonra bütün ərazilərdə seçkilər keçirilir.