Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb

Gürcüstanın Bağdati munisipalitetinin Neergeti kəndində güclü yağışlar səbəbilə baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili bildirib. İtkin düşən daha 5 nəfərin axtarışlarının davam etdirildiyi bildirilib. Əraziyə 200-dən çox xilasedici cəlb edilib. Artıq torpaq kütləsinin 70%-nin təmizləndiyi bildirilir.

Xatırladaq ki, ötən ilin avqustunda Gürcüstanın Oni bələdiyyəsinin Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində 30-dan çox insan həlak olub.