Azərbaycanın Türkmənistandakı səfirliyindəki seçki məntəqəsində seçici fəallığı müşahidə olunur

Azərbaycanın Türkmənistandakı səfirliyindəki seçki məntəqəsində seçici fəallığı müşahidə olunur

Azərbaycanın Türkmənistandakı səfirliyində yaradılmış seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, 7 fevral 2024-cü il - növbədənkənar Azərbaycan Respublikasının Prezident seçkiləri ilə əlaqədar Türkmənistan ərazisində daimi yaşayan, müvəqqəti olan, uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları səfirliyikdə yaradılmış 48 nömrəli seçki məntəqəsində səsvermə hüquqlarını həyata keçirirlər.

Səfirlikdən verilən məlumata görə, yerli vaxtla saat 08:00-dan aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları seçki məntəqəsində səs verərək seçki hüququndan istifadə edirlər.

Əhməd Əkbərov