Meksika parlamentindən müşahidəçi: “Seçkilərdə mütəşəkkillik müşahidə olunur”

Meksika parlamentindən müşahidəçi: “Seçkilərdə mütəşəkkillik müşahidə olunur”

Azərbaycanda növbədənkənar prezident seçkiləri çox mütəşəkkil keçirilir.

“Birxeber.Az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksika parlamentinin üzvü, Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan dostluq qrupunun sədri Alberto Villa Səbail rayonunun 7 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində olarkən bildirib.

Alberto Villa qeyd edib ki, Azərbaycanda seçkiləri müşahidə etmək dəyərli təcrübədir: “Mənim vətənim Meksikada da demokratik seçkilər keçirilir. Əslində seçki prosesində oxşar elementlər çoxdur”.

“Müşahidələrdən aldığım ilk təəssüratlara görə, seçkilər əvvəldən çox mütəşəkkil keçir. İnsanların fəal iştirakını da qeyd etmək istərdim. Onlar məntəqələrə böyük həvəslə gəlirlər”, - o bildirib.