Məntəqə sədri: "Sabunçuda seçici aktivliyi olduqca yüksəkdir"

Məntəqə sədri: "Sabunçuda seçici aktivliyi olduqca yüksəkdir"

Növbədənkənar prezident seçkilərində seçici aktivliyi olduqca yüksəkdir.

Bunu "Birxeber.Az"a açıqlamasında 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsinin sədri Fərqanə Abbasova deyib.

Sədri olduğu məntəqə üzrə seçici siyahısında 1 443 nəfərin adının olduğunu bildirən F.Abbasova qeyd edib ki, artıq 500-ə yaxın şəxs səsvermə hüququndan istifadə edib.

Onun sözlərinə görə, indiyə qədər səsvermə ilə bağlı heç bir neqativ hal qeydə alınmayıb: "İnsanlar yüksək əhvali-ruhiyyə ilə seçki prosesində iştirak edir. Proses tam şəffaf şəraitdə davam edir".