Nərimanovda səhər saatlarından seçici sıxlığı müşahidə olunur

Nərimanovda səhər saatlarından seçici sıxlığı müşahidə olunur

19 saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Ərşad Məmmədov səhər saatlarından etibarən məntəqədə seçici sıxlığının müşahidə olunduğunu bildirib.

"Birxeber.Az"a açıqlamasında sədr qeyd edib ki, məntəqənin dislokasiyasında 1396 seçici qeydiyyata alınıb:

“Seçki məntəqəsində hər şey qaydasındadır. Səhər saatlarından etibarən insanlar səs vermək üçün məntəqəyə yaxınlaşır. Bu vaxta qədər heç bir problemli hal müşahidə edilməyib. İndiyə olan məlumata görə, 200-dən çox seçici artıq səs verib, daşınan qutudan istifadə üçün isə hələ ki, müraciət olmayıb”.