ŞƏT-dən olan müşahidəçi: "Seçkilərdə hər şey çox şəffafdır"

ŞƏT-dən olan müşahidəçi: "Seçkilərdə hər şey çox şəffafdır"

Şanxay Əməkdaşlıq Təşkilatından olan (ŞƏT) müşahidəçi Anna Valerevna Skroznolkova seçkilərdə hər şeyin şəffaf olduğunu bildirib.

"Birxeber.Az" xəbər verir ki, o, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edərkən bildirib.

"İndiyə qədər 7 məntəqədə olmuşuq, hər şey yaxşıdır. Seçkilərdə hər şey çox şəffafdır. Heç bir problemlə qarşılaşmamışam. Seçici fəallığı müşahidə edilir. Rusiyadakı kimi proses yüksək səviyyədə keçir", - ŞƏT nümayəndəsi bildirib.