Samir Şərifov səs verib

Samir Şərifov səs verib

Azərbaycanın maliyyə naziri Samir Şərifov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

“Birxeber.Az” xəbər verir ki, o, 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

"Bütün Azərbaycan xalqı kimi, mən də ölkənin gələcəyini, onun bütün ərazisi üzrə suverenliyini, təhlükəsizliyini təmin edən namizədə səsimi verdim", - deyə nazir qeyd edib.

Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özləri tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev mübarizə aparır.