Azərbaycanın şimal-qərb bölgəsində seçicilərin fəallığı müşahidə olunur

Azərbaycanın şimal-qərb bölgəsində seçicilərin fəallığı müşahidə olunur

Ölkənin Şimal-qərb bölgəsində prezident seçkisində səsvermədə seçicilərin fəallığı müşahidə olunur.

"Birxeber.Az"un Şimal-Qərb bürosu xəbər verir ki, Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında seçki məntəqələri saat 8:00-dan etibarən açılıb, səsvermə prosesi davam edir.

113 saylı Qax-Şəki Dairə Seçki Komissiyası üzrə 72 məntəqədə 54330 seçici qeydiyyata alınıb.10 məntəqədə veb-kamera, 2 məntəqədə isə panduslar quraşdırılıb. Bu dairədə 2695 nəfər ilk dəfə səs verəcək. Prezident seçkilərini 960 nəfər müşahidəçi izləyir.

114 saylı Şəki Dairə Seçki Komissiyası üzrə 45 məntəqədə seçici sayı 54361 nəfərdir. Məntəqələrin 18-də veb-kamera, 3-də isə panduslar quraşdırılıb. Bu dairə üzrə ən yaşlı seçici bir nəfərdir. Həmin seçicinin 100 yaşı var. Prezident seçkilərini 114 saylı Şəki Dairə Seçki Komissiyasının seçki məntəqələrində 596 müşahidəçi izləyir.

115 saylı Şəki Dairə Seçki Komissiyası üzrə 61 məntəqədə 54632 seçici qeydiyyata alınıb. Seçki məntəqələrinin 9-da veb-kameralar vasitəsi ilə seçki prosesi müşahidə olunur. Bu dairə üzrə 3701 nəfər ilk dəfə səs verəcək. Prezident seçkilərini 811 nəfər müşahidəçi izləyir.

111 saylı Zaqatala Dairə Seçki Komissiyası üzrə 50 məntəqə var. Bu seçki məntəqələrində 51342 seçici qeydiyyata alınıb. 10 məntəqədə veb-kamera, 30 məntəqədə isə pandus quraşdırılıb. Prezident seçkilərini 713 nəfər müşahidəçi izləyir.

112 saylı Zaqatala Dairə Seçki Komissiyası üzrə 43 məntəqədə 50187 seçici qeydiyyata alınıb. Seçki məntəqələrinin 5-də veb-kamera, 8-də pandus quraşdırılıb. Bu dairə üzrə 1870 nəfər ilk dəfə səs verəcək. Prezident seçkilərini 650 müşahidəçi izləyir.

110 saylı Balakən Dairə Seçki Komissiyası üzrə 44 məntəqədə 48990 seçici qeydiyyata alınıb. Seçki məntəqələrinin 8-də veb-kamera, 8-də isə panduslar quraşdırılıb. Bu dairə üzrə ən yaşlı seçici 2 nəfərdir. Həmin seçicilərin hər birinin 100 yaşı var. Dairə üzrə 1705 nəfər ilk dəfə səs verəcək.

117 saylı Oğuz-Qəbələ-Şəki Dairə Seçki Komissiyasının 63 seçki məntəqəsində 54513 seçici qeydiyyata alınıb. 8 məntəqədə veb-kamera, 4 məntəqədə isə panduslar quraşdırılıb. Bu dairə üzrə ən yaşlı seçicilərin sayı iki nəfərdir. Onların hər birinin 102 yaşı var. Seçki məntəqələrində 3903 nəfər ilk dəfə səs verəcək. Prezident seçkilərini 774 müşahidəçi izləyir.