Muxtar respublikada saat 10:00-dək olan seçici fəallığı açıqlanıb

Muxtar respublikada saat 10:00-dək olan seçici fəallığı açıqlanıb

Naxçıvan Muxtar Respublikası üzrə seçici fəallığı açıqlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, saat 10:00-a olan məlumata görə, muxtar respublikada seçici fəallığı 23.53 faiz təşkil edib.

Hesabat saatında ümumilikdə 67 196 nəfər səs verib.

Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 10:00-a olan seçici fəallığı barədə məlumatı təqdim edirik:

- 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 12322 nəfər, 25.77%,

- 2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə: 11080 nəfər, 23.07%,

- 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə: 11625 nəfər, 24.41%,

- 4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə: 1210 nəfər, 23.71%,

- 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə: 10724 nəfər, 22.32%,

- 6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə: 10235 nəfər, 21.90%.