Qoşulmama Hərəkatının müşahidəçisi: “Azərbaycanda seçici fəallığı müşahidə edilir”

Qoşulmama Hərəkatının müşahidəçisi: “Azərbaycanda seçici fəallığı müşahidə edilir”

Azərbaycanda növbədənkənar prezident seçkiləri çox mütəşəkkil, nəzərəçarpan seçici fəallığı ilə keçirilir.

Bu barədə “Report”a Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin müşahidəçisi Mşama Cuius Cessica bildirib.

“Mən bura prezident seçkilərini müşahidə etmək üçün gəlmişəm. Məntəqələrdə xeyli adam var: yaşlılar, orta yaşlılar, eləcə də gənclər var. Bu, çox ruhlandırıcıdır. Seçki prosesi çox aktivdir”, - o vurğurlayıb.