Məntəqə sədri: "Seçkilər tam şəffaf keçirilir"

Məntəqə sədri: "Seçkilər tam şəffaf keçirilir"

17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı məntəqəsində seçkilər tam şəffaf keçirilir.

Bunu "Report"a açıqlamasında məntəqənin sədri Mədinə Nəbiyeva deyib.

O bildirib ki, sədri olduğu məntəqə üzrə seçici siyahısında 940 nəfər var: "Saat 10-a qədər 139 nəfər seçici səsvermə hüququndan istifadə edib. Heç bir qanun pozuntusu qeydə alınmayıb. İnsanlar çox rahat şəkildə səsvermədə iştirak edirlər, seçkilər yüksək səviyyədə, tam şəffaf keçirilir".

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.