Məcnun Məmmədov: "Qarabağın kənd təsərrüfatı potensialından daha effektiv istifadə etməyə fokuslanmışıq"

Məcnun Məmmədov: "Qarabağın kənd təsərrüfatı potensialından daha effektiv istifadə etməyə fokuslanmışıq"

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdən maksimum həcmdə məhsul götürməyə, regionun kənd təsərrüfatı potensialından daha effekiv istifadə etməyə fokuslanıb.

unu "Birxeber.Az"a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib. "Qarabağın ərazisi ciddi araşdırılmalıdır. Bunun üçün nazirliyin institutları araşdırmalara cəlb edilib. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi olan bölgələr var. Minatəmizləmə Agentliyindən (ANAMA) siyahılar daxil olduqca əkin əraziləri müəyyən ediləcək", - deyə o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, hazırda həmin ərazilərdə su mənbələri müəyyən edilir: "Su ilə təmin edilə biləcək ərazilərə əkin planlanması həyata keçirilə bilər. Ermənilər infrastrukturu dağıdıblar, infrastruktur bərpa edilməlidir".

"Gücü daha çox ərzaq təhlükəsizliyinin təmin edilməsinə, fermerlərin gəlirlərinin artmasına, eyni zamanda daha dəyərli məhsulların istehsalına verəcəyik. Dəyər zəncirinə baxsaq daha çox meyvə və tərəvəz istiqamətlidir. Bu, bütün Azərbaycan üçün nəzərdə tutulur", - deyə nazir vurğulayıb.