Azərbaycanda sənaye zonalarında 8,45 mlrd. manatlıq məhsul istehsal edilib

Azərbaycanda sənaye zonalarında 8,45 mlrd. manatlıq məhsul istehsal edilib

Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından 3 il ötür. Bu müddət ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1.336 daimi iş yeri yaradılıb.

Birxeber.Az-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində bildirib.

“Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7%-i (yəni 3,02 milyard manatı) ixracın payına düşür” - deyə nazir əlavə edib.