Kirbi: Konqresin razılığı olmadan Ağ Ev Ukraynaya əlavə kömək edə bilməyəcək

Kirbi: Konqresin razılığı olmadan Ağ Ev Ukraynaya əlavə kömək edə bilməyəcək

ABŞ Konqresi 2024-cü maliyyə ilində bu məqsədlər üçün əlavə ayırmalar haqqında qanun layihəsini qəbul etməsə, Amerika administrasiyası Ukraynaya əlavə hərbi yardım göstərə bilməyəcək.

Birxeber.Az-nın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə bildirib.

“Ukraynaya dəstək üçün əlavə maliyyə olmasa, ABŞ ən azı birtərəfli qaydada hərbi yardım göstərməyə davam edə bilməyəcək”, - deyə o bildirib.

“Bizim əlavə maliyyə vəsaitimiz olmalıdır ki, hərbi yardım göstərməyə davam edə bilək”, - Kirbi vurğulayıb.

Eyni zamanda o, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-dan tədarükün dayandırılması səbəbindən artıq sursat və silah çatışmazlığı ilə üzləşib.