Misirin Süveyş kanalından əldə etdiyi gəlir kəskin azalıb

Misirin Süveyş kanalından əldə etdiyi gəlir kəskin azalıb

Qırmızı dənizdə gərginliyin artması Misir büdcəsinin əsas gəlir mənbələrindən hesab olunan Süveyş kanalında böhrana səbəb olub.

APA xəbər verir ki, kanal administrasiyası yanvarda gəlirlərin kəskin şəkildə azaldığını açıqlayıb. 2023-cü ilin yanvarında Süveyş kanalından əldə olunan gəlirlər 804 milyon dollar təşkil etdiyi halda, bu ilin ilk ayında bu rəqəm 428 milyon dollara enib.

Ötən ay kanaldan 1362 gəmi keçib. 2023-cü ilin analoji dövrü ilə müqayisədə bu, 36% aşağıdır.

Qırmızı dənizdə mövcud vəziyyətlə əlaqədar 20-yə yaxın gəmiçilik şirkəti Süveyş kanalından istifadə etməkdən imtina edib.