Şarl Mişel ABŞ-ni Ukraynaya 60 milyard dollarlıq yardımın təsdiqini tezləşdirməyə çağırıb

Şarl Mişel ABŞ-ni Ukraynaya 60 milyard dollarlıq yardımın təsdiqini tezləşdirməyə çağırıb

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ABŞ-ni Ukraynaya 60 milyard dollarlıq yardımın təsdiqini sürətləndirməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Ş.Mişel bildirib ki, Kiyevi dəstəkləmək Ukrayna xalqının gələcəyini, eləcə də Avropanın təhlükəsizliyini və rifahını dəstəkləmək deməkdir.

O, Avropa Şurasının Ukraynaya 50 milyard avro ayırmasının demokratik dəyərlərə və azadlıq dəyərlərinə inananların hamısına ismarış olduğunu vurğulayıb.