Şəkidə yol qəzasında xəsarət alanların sayı 5 nəfərə çatıb - YENİLƏNİB

Şəkidə yol qəzasında xəsarət alanların sayı 5 nəfərə çatıb - YENİLƏNİB

Şəkidə yol qəzasında xəsarət alanların sayı 5 nəfərə çatıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı 5 nəfər - 1989-cu il təvəllüdlü Təbriz Tehran oğlu Hüseynov, 1994-cü il təvəllüdlü Cavad Tehran oğlu Hüseynov, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov, 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov və 1990-cı il təvəllüdlü Turqut Rizvan oğlu Abbaszadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yol qəzası Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı avtomobilləri toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

18:57

Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan iki nəfər, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov və 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.