Gəncə Filarmoniyasında "Musiqi kimliyimiz" layihəsi həyata keçiriləcək

Gəncə Filarmoniyasında "Musiqi kimliyimiz" layihəsi həyata keçiriləcək

Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Musiqi kimliyimiz" layihəsi baş tutacaq.

Gəncə Dövlət Filarmoniyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə "Musiqi kimliyimiz" layihəsi çərçivəsində çoxəsrlik keçmişə malik aşıq sənətinə, dastanlara həsr olunmuş gecələr keçiriləcək. Layihənin məqsədi milli dəyərləri gənc nəslə çatdırmaq, geniş kütləyə təqdim etməkdir.
İlk ədəbi-bədii gecə 2 mart saat 19:00-da Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli saz-söz ustadı Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunacaq.
Qeyd edilib ki, ilk gecə Azərbaycan Aşıqlar Birliyi ilə birgə baş tutacaq.